featured-image-83510

“Liverpul”un baş məşqçisi Andoni İraola İngiltərə Premyer Liqasının 6-cı turunda “Mançester Siti”yə uduzduqdan sonra hakimliyi tənqid edib.

Msport.az xəbər verir ki, matçın 62-ci dəqiqəsində “qırmızılar”ın futbolçusu Rayan Qravenberx qırmızı vərəqə ilə cəzalanıb:

“Bugünkü hakimlik xoşuma gəlmədi. Birinci sarı vərəqəni heç nədən verdi. Adi fol idi, orda topun arxasında 20 oyunçu var idi. Hakim özünü çətin vəziyyətə saldı və bizə problemlər yaratdı. Qırmızı vərəqə pis vaxta təsadüf etdi? Biz üstünlüyü ələ alıb hücumlara başlayanda verildi qırmızı. Stadionda əla ab-hava var idi, amma qırmızı vərəqə oyunun gedişini dəyişdi”.

Bənzər xəbərlər