"Hakim səhvləri Çempionlar Liqasına vəsiqə qazanmağımıza mane olur" - "İnter"in baş məşqçisi
“İnter”in baş məşqçisi Simone İnzaqi hesab edir ki, hakimlər onun komandasının Çempionlar Liqasına vəsiqə qazanmasına mane olurlar. Msport.az “Football İtalia”ya istinadən xəbər verir ki, A seriyasının 27-ci turunda “İnter” öz meydanında “Yuventus”a 0:1 hesabı ilə uduzub.
46 yaşlı mütəxəssisin oyunla bağlı fikirləri belə olub: “Biz “Yuventus”a qarşı çox oynamışıq və bilirdik ki, onların əks-hücumları təhlükəli olur. Bu onların əsas silahıdır. Həmişəkindən çox səhv buraxdıq, amma söhbət hakim qərarlarının nəticəyə aşkar təsir göstərdiyi oyundan gedir. Səhvlər bizim Çempionlar Liqasına vəsqə qazanmağımıza mane olur.
Onlar gördü, meydanda nələr baş verir. Videotəkrar lazım deyil. Biz “Yuve” ilə matça final oyunu kimi çıxmışdıq. Komandama heç bir iradım yoxdur”.
ANAR ABDULLAYEV







