Hakim Ziyeş Türkiyəyə qayıda bilər
“Trabzonspor” Mərakeş millisinin üzvü Hakim Ziyeşi heyətinə qatmağı planlaşdırır.
Msport.az xəbər verir ki, Türkiyə klubu hazırda azad agent statusuna malik olan 32 yaşlı futbolçu ilə yaxından maraqlanır.
Hazırda tərəflər arasında maliyyə danışıqları davam etdirilir. Əgər klub Ziyeşin istədiyi maaşı verə bilsə, keçid reallaşacaq. Əks halda, mərakeşli “Trabzonspor”la müqavilə imzalamayacaq.
“Herenven”, “Tvente”, “Ayaks”, “Çelsi”, “Qalatasaray” klublarında oynamış futbolçu son dəfə “Əl-Duhail”in (Qətər) formasını geyinib.