featured-image-24158

PSJ-nin mərakeşli müdafiəçisi Əşrəf Hakimi zoqlama ilə bağlı ittihamları rədd edir. Msport.az “Le Parisien”ə istinadən xəbər verir ki, Paris klubu futbolçusunu tam şəkildə müdafiə edir.

Hakiminin vəkili mətbuata bildirib ki, PSJ-də hər kəs oyunçunun günahsız olmasına inanır: “Klub Hakimiyə dəstək olur. Futbolçu özü isə  ciddi şəkildə ittihamları rədd edir və ədalət məhkəməsinə inanır. İttihamlar əsassızdır. O, sakitdir və məhkəməni gözləyir”.

Xatırladaq ki, bir müddət əvvəl 24 yaşlı qız Paris komandasının futbolçusunu seksual qısnamada ittiham etmişdi. Onun sözlərinə görə, Hakimi xanımın dodaqlarını, sinəsini öpməyə başlayıb və paltarını çıxartmaq istəyib. Qızın etirazına baxmayaraq, o, əlini xanımın bədənində gəzdirib. Sonda qız Hakimini ayağı ilə itələyərək, dostuna mesaj yazıb və o, maşınla gəlib.

Adı açıqlanmayan xanım fevralın sonunda polisə müraciət edib.

ANAR ABDULLAYEV 

Bənzər xəbərlər