featured-image-64087

Futbol üzrə Fransanın I Liqasının XXX turunda “Sent Etyen” və “Lion” komandaları arasında keçirilən oyun zamanı 40 dəqiqəlik fasilə yaranıb.

Msport.az xarici mətbuata istinadən xəbər verir ki, buna köməkçi hakim Mehdi Rahmoninin üzərinə tribunadan yad əşyanın atılması səbəb olub.

Başından xəsarət alan referiyə meydanda ilkin tibbi yardım göstərilib və müalicəsi başa çatdıqdan sonra hakimlərlə futbolçular paltardəyişmə otağına yollanıblar. Təxminən 40 dəqiqəlik fasilədən sonra matç davam etdirilib.

Qeyd edək ki, Ron derbisi “Sent Etyen”in 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Bənzər xəbərlər