featured-image-24283

Fransanın Nanten şəhərinin prokurorluğu PSJ-nin müdafiəçisi Əşrəf Hakimiyə cinayət işi açıb.

Msport.az “L`Equipe” istinadən xəbər verir ki, mərakeşli futbolçu zorlamada ittiham olunur.

24 yaşlı oyunçu artıq prokurorluqada ifadə verib. Hakimi məhkəmə nəzarəti altındadır.

Xatırladaq ki, gənc qız bu il fevralın sonlarında futbolçunu zorlamada ittiham edib. Hakiminin vəkili bunu yalan adlandıraraq ittihamları rədd edib.

Paris klubu oyunçusunu müdafiə edən bəyanat verib. Futbolçunun həyat yoldaşı isə boşanmaq üçün məhkəməyə müraciət edib.

ANAR ABDULLAYEV 

 

Bənzər xəbərlər