featured-image-62135

“Mançester Siti” İngiltərə Premyer Liqasının XXVII turunda “Tottenhem”i səfərdə 1:0 hesabı ilə məğlub edib.

Msport.az xəbər verir ki, “şəhərlilər”ə qalibiyyəti gətirən qolu 12-ci dəqiqədə Erlinq Haland vurub.

Bu, norveçli forvardın cari mövsüm çempionatda 20-ci qolu olub. O, sabiq “Mançester Yunayted”li Rud van Nistelroyun nəticəsini təkrarlayıb. Haland da niderlandlı kimi, Premyer Liqadakı ilk 3 mövsümündə 20 qol vurmağı bacarıb. O, əvvəlki mövsümlərdə müvafiq olaraq 36 və 27 dəfə fərqlənib.

Qeyd edək ki, Rud van Nistelroy 2001-2004-cü illərdə ardıcıl 3 mövsümdə 20-dən çox qol vurub.

Bənzər xəbərlər