Haland “Liverpul”la oyunu buraxa bilər
“Mançester Siti” İngiltərə Premyer Liqasının XXVI turunda “Liverpul”la oyuna ciddi itki ilə çıxa bilər.
Msport.az xəbər verir ki, komandanın bombardiri Erlinq Haland zədədən əziyyət çəkir.
Norveçli ulduz futbolçunun sabahkı matçı buraxmaq ehtimalı yüksəkdir. Bunu komandanın baş məşqçisi Pep Qvardiola da istisna etməyib. O, Halandın durumuna oyun günü aydınlıq gələcəyini bildirib.
Qeyd edək ki, sabah keçiriləcək “Mançester Siti” – “Liverpul” görüşü Bakı vaxtı ilə saat 20:30-da başlayacaq.