featured-image-81764

“Mançester Siti”nin hücumçusu Erlinq Haland klubun heyətində 200-cü oyununa çıxıb.

Msport.az xəbər verir ki, 26 yaşlı futbolçu bu göstəriciyə Premyer Liqanın 2026/27 mövsümünün ilk turunda “Bornmut”la keçirilən qarşılaşmada çatıb.

Haland “Etihad” stadionundakı görüşə start heyətində başlayıb. Norveçli hücumçu “Mançester Siti”dəki ilk 199 matçında 162 qol vurub. Klubun rəsmi məlumatına əsasən, Holand bu göstərici ilə komandanın tarixinin ən məhsuldar futbolçuları siyahısında dördüncü pillədə qərarlaşıb.

Haland 2022-ci ilin yayında Almaniyanın “Borussiya Dortmund” futbol klubundan “Mançester Siti”yə transfer olunub. O, İngiltərə təmsilçisinin heyətində indiyədək doqquz böyük titul qazanıb.

Bənzər xəbərlər