featured-image-23891

İngiltərə Premyer Liqasının 25-ci turunun “Bornmut”la səfər oyunu “Mançester Siti”nin hücumçusu Erlinq Haland üçün əlamətdar olub.

Msport.az xəbər verir ki, komandasının 4:1 hesablı qələbəyə sevindiyi oyunda qollardan birini də norveçli forvard vurub.

Bununla da o, “şəhərlilər”in heyətində Premyer Liqada bir mövsüm ərzində vurduğu qolların sayını 27-yə çatdırıb. Bu isə klub tarixində rekord göstəricidir.

Bundan əvvəlki rekord Serxio Aqueroya məxsus idi. Argentinalı futbolçu 2014/15 mövsümündə 26 qola imza atmışdı.

Xatırladaq ki, Haland “Mançester Siti”də ilk mövsümünü keçirir. 22 yaşlı futbolçu bu komandanın heyətində bütövlükdə 33 oyuna çıxıb, 33 qol vurub və 4 məhsuldar ötürmə müəllifi olub.

Bənzər xəbərlər