Haland PSJ-nin 2 futbolçusunu fərqləndirdi
“Mançester Siti”nin hücumçusu Erlinq Haland Çempionlar Liqasında komandalar arasında keçiriləcək qarşılaşma ərəfəsində PSJ-nin müdafiəçiləri Nuno Mendeş və Əşrəf Hakiminin oyununu yüksək qiymətləndirib.
Msport.az xəbər verir ki, norveçli futbolçu Paris təmsilçisinin yüksək oyun səviyyəsinə malik olduğunu bildirib.
“Onların fantastik futbolçuları var və onlar ən yüksək səviyyədə oyun nümayiş etdirirlər. Bütün komanda xüsusidir, lakin daim hərəkətdə olan cinah müdafiəçiləri Mendeş və Hakimini izləmək, həqiqətən, valehedicidir. Biz yaxşı hazırlaşmalıyıq, çünki bu, doğrudan da, xüsusi komandadır”, – Haland deyib.
Çempionlar Liqasının əsas mərhələsinin ikinci turu çərçivəsində “Mançester Siti” ilə PSJ arasında görüş oktyabrın 14-də Mançesterdə keçiriləcək. Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.







