“Hamburq” pley-offda “Ştutqart”la oynayacaq
“Hamburq” və “Ştutqart” Bundesliqaya yüksəlmək hüququ uğrunda pley-off mərhələsibdə qarşılaşacaq.
Msport.az xəbər verir ki, “Hamburq” ikinci Bundesliqanın yekun turnir cədvəlində “Heydenhaym”dan bir xal geri qalaraq 3-cü yeri tutub. Komanda son 5 mövsümü ikinci divizionda keçirib.
“Hamburq” 2017/18 mövsümündən bəri yüksək liqada çıxış etmir.
“Ştutqart” mövsümün sonunda Bundesliqanı 16-cı pillədə başa vurub. Klub ardıcıl üç mövsüm Bundesliqada yerini qoruyub.
Komandalar iyunun 1-də və 5-də üz-üzə gələcək.
Royal Türksoy







