featured-image-40647

“Hamı bizdən danışır və La Liqada çempion olmağımızı istəyirlər”.

Msport.az xəbər verir ki, bunu “Jirona”nın idman direktoru Kike Karsel “Barselona”ya səfərdə 4:2 hesabı ilə qalib gəldikləri XVI tur oyunundan sonra deyib.

Funksioner bu qələbənin həyatında yaşadığı ən gözəl anlardan biri olduğunu bildirib: “Bu, yaşadığım ən gözəl şeydir. Buna görə də eyforiyaya qapılıram”.

Qeyd edək ki, “Jirona” 41 xalla La Liqada liderdir.

Bənzər xəbərlər