featured-image-38538

İngiltərə millisinin futbolçusu Harri Keyn yeni rekorda imza atıb.

Msport.az xəbər verir ki, 30 yaşlı hücumnçu buna İtaliya yığmasına 3:1 hesabı ilə qalib gəldikləri AVRO-2024-ün seçmə mərhələ oyununda dubl etməklə nail olub.

Təcrübəli forvard “Uembli” stadionunda İngiltərə seçməsinin forması ilə ümumi qollarının sayını 24-ə çatdırıb. Keyn əfsanəvi Bobbi Çarltonu (23 qol) geridə qoyub.

Qeyd edək ki, İngiltərə millisi qələbə sayəsində final mərhələsində iştirakı təmin edib.

Bənzər xəbərlər