Harri Keyn bombardirlərə çatdı
“Bavariya”nın futbolçusu Harri Keyn UEFA Çempionlar Liqasında (ÇL) yeni uğura imza atıb.
Msport.az xəbər verir ki, ingiltərəli hücumçu buna “Real”la heç-heçə (2:2) etdikləri yarımfinal mərhələsinin ilk oyununda nail olub.
O, qitənin bir nömrəli klub turnirində ən çox qol vuran 40 oyunçu arasına düşüb. Sözügedən matçda penaltidən fərqlənən forvard ÇL-də 43-cü görüşdə 29-cu qoluna imza atıb.
Keyn qol sayında Rou Makay (61 oyun) və Edin Cekoya (74 oyun) çatıb.
Qeyd edək ki, təcrübəli futbolçusu cari mövsüm bütün turnirlərdə 43 matçda 43 qolla yadda qalıb.