featured-image-48279

“Bayern”in hücumçusu Harri Keyn Almaniya Bundesliqasının ən yaxşı bombardiri olub. Msport.az xəbər verir ki, ingiltərəli futbolçu 36 qol vurub.

Bu mövsüm 32 oyunda meydana çıxan forvar 8 məhsuldar ötürmə də verib.

Bombardirlər yarışında 2-ci yeri “Ştutqart”ın hücumçusu Seru Qirassi tutub. O, mövsümü 28 qolla tamamlayıb.

30 yaşlı Keynin Münhen klubu ilə müqaviləsi 2027-ci ilə qədərdir.

Bənzər xəbərlər