featured-image-40061

“Bavariya”nın Harri Keyn 2023-cü ilin ən məhsuldar oyunçusu olub.

Msport.az xəbər verir ki, 30 yaşlı hücumçu buna Bundesliqanın XII turunda “Köln”ə 1:0 hesabı ilə qalib gəldikləri matçda sahib çıxıb.

Təcrübəli forvard cari ildə “Bavariya”, “Tottenhem” və İngiltərə millisinin heyətində ümumilikdə 49 qola imza atıb.

“Mançester Siti”dən norveçli Erlinq Holann və “Əl-Nəsr”də çıxış edən portuqaliyalı Kriştianu Ronaldu 48 qolla yadda qalıblar. PSJ-nin fransalı hücumçusu Kilian Mbappe isə 47 dəfə rəqib qapılarına yol tapıb.

Bənzər xəbərlər