featured-image-44790

Harri Keyn Almaniya Bundesliqasında debüt mövsümündə 4 het-trik edən ilk futbolçu olub. Msport.az xəbər verir ki, ingiltərəli hücumçu 25-ci turda “Maynts”la matçda (8:1) rəqib komandanın qapısına 3 dəfə yol tapıb.

Keyn bundan əvvəl Bundesliqdada 7-ci turda “Bohum”la (7:0), 9-cu turda “Darmştad”la (8:0), 10-cu turda “Borussiya Dortmund”la matçlarda (4:0) het trik edib.

30 yaşlı forvard bu növsüm Almaniya çempionatında 25 oyunda 30 qol vurub və bombardirlər yarışına başçılıq edir.

Bənzər xəbərlər