featured-image-40070

Almaniyanın “Bavariya” klubunun futbolçusu Harri Keyn Bundesliqada iki rekorda imza atıb.

Msport.az xəbər verir ki, 30 yaşlı hücumçu buna Bundesliqanın XII turunda “Köln”ə 1:0 hesabı ilə qalib gəldikləri matçda fərqlənməklə nail olub.

Təcrübəli forvard Bundesliqada startdakı 12 matçda 18 qolla yadda qalan ilk oyunçu kimi tarixə düşüb.

O, həmçinin, çempionatda 18 dəfə fərqlənən ilk ingiltərəli futbolçudur. Daha əvvəl Ceydon Sanço (2019/2020) və Kevin Kiqan (1978/1979) hərəyə 17 qol vurmuşdular.

Bənzər xəbərlər