featured-image-19928

“Tottenhem”in hücumçusu Harri Keyn İngiltərə Premyer Liqasında yeni rekorda imza atıb.

Msport.az xəbər verir ki, 30 yaşlı hücumçu buna “Kristal Pelas”a 4:0 hesabı ilə qalib gəldikləri səfər oyununda dubl etməklə nail olub.

İngiltərə millisinin üzvü ölkə çempionatında vurduğu qolların sayını 198-ə çatdırıb. Keyn yığmanın sabiq forvardı Alan Şirerin 300 matçda ən çox fərqlənmə rekordunu qırıb.

Şirer Premyer Liqadakı ilk 300 qarşılaşmada 196 dəfə rəqib qapılarına yol tapmışdı.

Bənzər xəbərlər