Harri Keyndən yeni nailiyyət
“Bavariya”nın futbolçusu Harri Keyn yeni uğura imza atıb.
Msport.az xəbər verir ki, 30 yaşlı hücumçu buna “Heydenhaym”a 4:2 hesabı ilə qalib gəldikləri Bundesliqanın XI tur oyununda dubl etməklə nail olub.
Keyn 2023/2024 mövsümündə bütün yarışlarda 20-dən çox qol vurub. O, son 10 mövsümün hər birində heç vaxt 24 qoldan aşağı düşməyib.
Qeyd edək ki, ingiltərəli forvard “Bavariya”da 20 qol həddinə 16 matçda çatıb.