featured-image-57705

Almaniyanın “Bavariya” klubunun futbolçusu Harri Keyn Bundesliqada yeni rekorda imza atıb.

Msport.az xəbər verir ki, 31 yaşlı hücumçu buna XI turda “Auqsburq”a qalib gəldikləri (3:0) oyunda nail olub.

Qarşılaşmada het-trik edən ingiltərəli forvard Bundesliqadakı qollarının sayını 50-yə çatdırıb. O, 43-cü matçında bunu bacarıb.

Qeyd edək ki, əvvəlki rekord Dortmund “Borussiya”sının sabiq futbolçusu Erlinq Halanda məxsus idi. Norveçli oyunçu 50 qola 50-ci matçda çatmışdı.

Bənzər xəbərlər