featured-image-24216

“Hatayspor”un hücumçusu Ze Luiş karyerasını yenidən Rusiyada davam etdirəcək.

Msport.az xəbər verir ki, 32 yaşlı futbolçu “Ximki”yə keçəcək.

“Hatayspor” zəlzələdən sonra Türkiyə Super Liqasında çıxışını dayandırdığından FİFA bu klubun oyunçularına digər komandalara azad agent kimi keçməyə icazə verib. Kabo-Verdeli forvardın Hatay təmsilçisi ilə müqaviləsi yaya kimi idi. Transfer pəncərəsi bağlandıqdan iki həftə sonra bu cür boşda qalan futbolçularla müqavilə bağlamaq olar.

Ze Luiş ÇSKA-ya təklif olunsa da, Moskva klubu onu götürmək istəməyib.

Qeyd edək ki, futbolçu vaxtilə Rusiyada “Spartak” və “Lokomotiv” komandalarında çıxış edib.

ANAR ABDULLAYEV 

 

Bənzər xəbərlər