“Hatayspor”un idman direktoru da zəlzələ qurbanı oldu
Türkiyədə dəhşətli zəlzələ nəticəsində dağıntılar altında qalan daha bir idman adamının öldüyü açıqlanıb.
Msport.az yerli mətbuata istinadən xəbər verir ki, “Hatayspor” klubunun idman direktoru Taner Savut təbii fəlakət nəticəsində vəfat edib.
Qeyd edək ki, 14 gün idi ki, Savutun axtarışları davam etdirilirdi. Yalnız DNA testi nəticəsində tapılan meyitin ona məxsus olduğu müəyyənləşib.
O, futbolçu karyerasında 1997-1999-cu illərdə “Fənərbaxça” klubunun formasını geyinib. Savut Hatay təmsilçisindən əvvəL “Manisaspor”da idman direktoru işləyib.
ANAR ABDULLAYEV







