Hava məkanı bağlandı, oyuna avtobusla
Qazaxıstan milli komandası Millətlər Liqasının C liqasında qalmaq üçün pley-off mərhələsində qarşılaşacağı Moldova ilə oyunöncəsi problemlə üzləşib.
Msport.az xəbər verir ki, buna səbəb Moldovanın hava məkanının bağlanmasıdır. Bu səbəbdən Qazaxıstan yığması səfər oyununa Rumıniyadan yollanmalı olacaq. Nümayəndə heyəti Rumınyaya çarter reysi ilə uçduqdan sonra Kişinyova avtobusla gedəcək.
Qeyd edək ki, pley-offun Moldova – Qazaxıstan cütündə qalib gələn komanda növbəti mövsümdə Azərbaycan yığması ilə eyni qrupda mübarizə aparacaq.