Havertz 3 nəhəngin hədəfindədi
Kay Havertz mövsümün sonunda “Çelsi”dən ayrıla bilər.
Msport.az xəbər verir ki, London klubunun uğursuz çıxışı Havertzi gələcəyi ilə bağlı düşünməyə vadar edib. 23 yaşlı hücumçu yayda ona gələn təklifləri nəzərdən keçirməyi götür-qoy edir.
Almaniya millisinin üzvü “Barselona”, “Milan” və “Bayern Münhen”in transfer siyahısında yer alır.
Qeyd edək ki, “Çelsi” Premyer Liqada 29 turdan sonra 39 xalla 11-ci pillədə qərarlaşıb.
Royal Türksoy







