Havertz “Real”ın hədəfində
“Real Madrid” yeni hücumçu axtarışlarını davam etdirir.
Msport.az xəbər verir ki, Madrid klubu Kərim Benzemanın mümkün gedişini nəzərə alaraq top hücumçu transfer edəcək. “Çelsi”nin hücumçusu Kay Havertz “kral klubu”nun əsas hədəflərindən biridir.
Kay cari mövsümdə 47 oyun keçirib, 9 qol vurub və 1 məhsuldar ötürmə edib. O, 2020-ci ildən “zadəganlar”ın şərəfini qoruyur.
Royal Türksoy







