“Hayduk” Bakıya səfər ərəfəsində uduzdu
UEFA Konfrans Liqasının II təsnifat mərhələsində “Zirə”nin rəqibi olacaq “Hayduk” növbəti yoxlama oyununu keçirib.
Msport.az xəbər verir ki, Avstriyada təlim-məşq toplanışında olan Xorvatiya klubu yerli LASK-la qarşılaşıb.
Matç Avstriya təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
“Hayduk”un yeganə qolunun müəllifi Marlo Levaya olub.
Xatırladaq ki, Zirə” ilə “Hayduk” arasında ilk matç iyulun 23-də Bakıda olacaq. Görüş saat 19:30-da start götürəcək.