featured-image-36742

“Borussiya Dortmund”un futbolçusu Torqan Hazard “Anderlext”ə keçib.

Msport.az Belçika klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi ilə 3 illik sözləşmə imzalanıb. Futbolçu yeni klubunda 11 nömrəli forma geyinəcək. Hazardın transfer qiyməti 4 milyon avro olaraq qiymətləndirilir.

Qeyd edək ki, Eden Hazardın kiçik qardaşı olan Torqan 2023-cü ili yanvarından mövsümün sonuna kimi icarə əsasında PSV-də çıxış edib.

Bənzər xəbərlər