featured-image-28357

“Mançester Yunayted”in yarımmüdafiəçisi Kazemiro Avropa Liqasının 1\4 finalında “Sevilya”ya məğlubiyyəti (0:3) şərh edib. Msport.az xəbər verir ki, braziliyalı futbolçu bu cür nəticəyə heç bir bəhanə ola bilməz deyib:

“Onlar bütün oyun ərzində bizi üstələdilər. Ümumi danışsaq, biz “Old Trafford”da daha çox şeyə nail ola bilərdik, çünki orda çox yaxşı oynadıq. Hətta 3:0 və ya 4:0 qalib gələ bilərdik. Lakin intriqanı öldürməyi bacarmadıq.

Heç bir bəhanə ola bilməz, çünki biz “Mançester Yunayted”ik. Biz “Yunayted”in oyunçularıyıq. “Sevilya” çempionatda yaxşı çıxış etməsə də, bilirdik ki. burda asan olmayacaq. Yaxşı oynaya bilmədik”.

ANAR 

Bənzər xəbərlər