"Heç bir halda "Barselona"ya getmərəm" - Məşhur məşqçi
Karlo Ançelotti bildirib ki, heç bir halda “Barselona”nın sükanı arxasına keçməz. Msport.az “Marca”ya istinadən xəbər verir ki, italiyalı mütəxəssis özünü Kataloniya klubunun baş məşqçisi kimi təsəvvür belə etmədiyini deyib:
“Mənim Xaviyə və “Barselona”ya böyük hörmətim var. Amma özümü heç vaxt orda təsəvvür etmirəm. Heç bir halda “Barselona”ya getmərəm. Dünyanın ən yaxşı klubunda işləyirəm. Burda məni çox sevirlər və heç nəyi dəyişmək istəmirəm.
“Barselona”dan geri qalsaq da, komandamızdan razıyıq. Riyazi hesablamalar əleyhimizə olsa da, La Liqada mübarizəni davam etdirəcəyik”.
“Real” turnir cədvəlində “Barsa”dan 12 xal geri qalır.
ANAR ABDULLAYEV







