featured-image-29301

“Napoli”nin prezidenti Aurelio De Laurentis bəyan edib ki, Viktor Osimhen yayda klubdan ayrılmayacaq.  Msport.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano paylaşım edib.

Hazırda Avropanın bütün top-klubları nigeriyalı futbolçunu transfer etmək istəyirlər.

“Heç bir halda Viktor Osimheni bu yay satmayacam” – De Laurentis belə deyib.

“Napoli” iki gün öncə “Udineze” ilə bərabərə qalaraq (1:1) tarixində 3-cü dəfə A seriyasının qalibi olub. Udine klubu ilə matçda məhz Osimhenin qolu komandasına 1 xal gətirib.

Gəzən söz-söhbətlərə görə “Mançester Yunayted”, “Çelsi”, PSJ kimi klublar 24 yaşlı hücumçuya maraq göstərirlər. “Napoli” onu satmaq fikrinə düşsə, transfer qiyməti 100 miyon avronu keçəcək.

ANAR

 

 

Bənzər xəbərlər