"Heç kim 17 yaşında ölməyə layiq deyil" - Pol Poqba Fransadakı hadisə haqda
Fransada 17 yaşlı yeniyetmənin polis tərəfindən qətlə yetirilməsindən sonra iğtişaşlar başlayıb. Ayrı-ayrı məşhur simalar, futbolçular baş verənlərə münasibət bildirirlər.
Msport.az xəbər verir ki, sükan arxasında olan Nael adlı yeniyetmə polisin “avtomobili saxla” əmrinə tabe olmayıb. Bu zaman hüquq-mühafizə orqanının nümayəndəsi atəş açıb. Sinəsindən güllə yarası alan Naelə həkimlər yardım etmək eistəsələr də, o, vəfat edib.
Fransa millisinin üzvü Pol Poqba məsələ ilə bağlı paylaşım edib:
“Sülh içində yat, Nael. Sənin anana və ailənə başsağlığı verirəm. Heç kim 17 yaşında ölməyə layiq deyil, xüsusən də əmrə tabe olmamağa görə…Qoy, ədalət zəfər çalsın!”
ANAR ABDULLAYEV







