featured-image-36444

“Hədəfimiz qrupda birinci yeri tutmaqdır”.

Msport.az xəbər verir ki, bunu Almaniyanın “Bayer” klubunun baş direktoru Fernando Karro UEFA Avropa Liqasının püşkatmasını dəyərləndirərkən deyib.

Fransanın Monako şəhərində təşkil edilən püşkü canlı izləyən funksioner ötən mövsüm bu turnirdə yarımfinala qədər irəlilədiklərini xatırladıb: “Ötən mövsümdəki yarımfinalın eyforiyası bizi daha çoxunu istəməyə vadar edir. Yenidən turnirdə irəliləməliyik”.

Qeyd edək ki, “Bayer”in H qrupundakı rəqibləri Azərbaycan çempionu “Qarabağ”, həmçinin “Hakken” (İsveç) və “Molde” (Norveç) klublarıdı.

Bənzər xəbərlər