featured-image-37879

UEFA Çempionlar Liqasında qrup mərhələsinin II turunun oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər bəlli olub.

Msport.az xəbər verir ki, bu ada İspaniya təmsilçiləri “Real”dan Cud Bellingem, “Atletiko”dan Alvaro Morata, Portuqaliya “Braqa”sından Bruma və İngiltərə “Mançester Yunayted”indən Rasmus Hoylund iddia edir.

Qeyd edək ki, qalib UEFA-nın rəsmi saytında səsvermə yolu ilə bəlli olacaq.

Bənzər xəbərlər