Həftənin ən yaxşı futbolçusu adına namizədlər
UEFA Çempionlar Liqasında həftənin ən yaxşı oyunçusu adına namizədlər bəlli olub
Msport.az xəbər verir ki, bunlar Çiro İmmobile (“Latsio”, 2 qol), Joao Mario (“Benfika”, 3 qol), Hakim Zieş (“Qalatasaray”, 2 qol və 1 qol ötürməsi) və Fil Fodendir (“Mançester Siti”, 1 qol və 2 qol ötürməsi).
Qeyd edək ki, qalib UEFA-nın rəsmi saytında azarkeşlərin səsverməsindən sonra bəlli olacaq.







