Həftənin futbolçusu adına namizədlər - SİYAHI
UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu adına namizədlər bəlli olub.
Msport.az xəbər verir ki, bu, Liqa mərhələsinin VII turunun oyunlarından sonra müəyyənləşib.
Bu ada İspaniyanın “Real” klubundan Vinisius Junior, “Atletiko”dan Xulian Alvares, “Barselona”dan Rafinya və Niderland təmsilçisi PSV-dən Lyuk de Yonq iddia edirlər.
Vinisius “Zaltsburq”la (5:1), Alvares “Bayer”lə matçda (2:1), Rafinya “Benfika” ilə görüşdə (5:4), De Yonq isə “Srvena Zvezda” ilə qarşılaşmada dubla imza atıb.
Qeyd edək ki, qalib UEFA-nın rəsmi saytında azarkeşlərin səsverməsindən sonra bəlli olacaq.