featured-image-37921

Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda evdə “Qarabağ”a uduzan (0:1) “Hakken”in futbolçuları hakim idarəçiliyindən narazı qalıblar.

Msport.az “Fotbollskanalen”ə istinadən xəbər verir ki, onlar matçın 12-ci dəqiqəsində baş verən epizodda avstriyalı referi Sebastian Qishamerin “Qarabağ”ın qapısına penalti təyin etməli olduğunu dşünürlər.

Komandanın kapitan Samuel Qustafson həmin vaxt hakimə səhv etdiyini dediyini bildirib: “Hiss edirdim ki, qayda pozuntusu cərimə xətti üzərində idi. Buna niyə penalti verilmədi, başa düşə bilmirəm. Bu cür matçlarda bir qol həlledici olur. Hakimə səhv etdiyini dedim, o isə mənə susmağımı bildirdi”.

“Hekken”in digər futbolçusu Amor Layuni də hakimin qərarından şikayətlənib: “Aşkar penalti idi, kobudluq cərimə meydançası daxilində olmuşdu. Bu epizodu görəndə əsəbiləşirəm. “Bayer” ilə Almaniyadakı oyunda da eyni hal olmuşdu. VAR-da yoxlamayacaqlarsa, bu sistem nəyə lazımdır?”

Mikel Ryuqor isə qeyd edib ki, VAR sistemindən istifadə edilirsə, qərar da düzgün olmalıdır: “Qarabağ”la görüşdə bunu görmədik. Bu qərar biabırçılıq idi. Rəqib ayağıma cərimə meydançası daxilində vurdu. Bu, təkrardan da görünür”.

Bənzər xəbərlər