“Hekken”in zədəli futbolçusu “Qarabağ”a qarşı oynamaq istəyir
“Hekken”in zədəli futbolçusu Valgeyr Fridriksson Avropa Liqasının qrup mərhələsinin son iki matçında meydana çıxa bilər.
Msport.az xəbər verir ki, hazırda zədəsini sağaltmaqla məşğul olan 22 yaşlı yarımmüdafiəçi V turun “Bayer”lə, VI turun isə “Qarabağ”la görüşündə iştirak edəcəyinə inanır:
“İndi zədəliyəm və yenidən meydana qayıtmağı düşünürəm. Ümid edirəm ki, Avropa Liqasında “Qarabağ” və “Bayer”lə son iki matçda oynayacağam”.
Qeyd edək ki, “Qarabağ” İsveçdəki oyunda “Hekken”ə 1:0 hesabı ilə qlaib gəlib. Komandalar arasında Bakıda görüş isə dekabrın 14-də baş tutacaq.