featured-image-25698

“Real”ın baş məşqçisi Karlo Ançelotti El Klasikoda hakimlərin idarəçiliyindən narazı qalıb. Msport.az xəbər verir ki, “Real” İspaniya La Liqasının 26-cı turunda səfərdə “Barselona”ya 1:2 hesabı ilə uduzub.

81-ci dəqiqədə hesab 1:1 olarkən, qonaqların yarımmüdafiəçisi Marko Asensionun qolu VAR-ın müdaxiləsindən sonra oyundankənar vəziyyətə görə, hesaba alınmayıb:

Mən hələ də şübhə edirəm ki, orda ofsayd var idi. 100 faiz əminliyim yoxdur. Madridə şübhələrlə gedirik. 

Düzü, biz məğlubiyyətə layiq deyildik. DÇ-2022-də oyundankənar vəziyyətlər aşkar idi, burda isə mənim şübhələrim qaldı. Dünya çempionatından sonra yanvar ayı bizə baha başa gəldi. Amma indi hər şey yaxşıdır. İnanıram ki, “Real” mövsümü yaxşı başa vuracaq. Bu oyunu qürurla başa vurdum”. 

ANAR ABDULLAYEV 

Bənzər xəbərlər