featured-image-23579

“Real”ın baş məşqçisi Karlo Ançelotti Çempionlar Liqasının 1\8 final mərhələsinin ilk oyununda səfərdə “Liverpul”u 5:2 məğlub etdikləri görüşdən danışıb.

Msport.az “Marca”ya istinadən xəbər verir ki, italiyalı mütəxəssis hələ heç nəyin həll olunmadığını bildirib:

“Oyunun necə başladığını nəzərə alsaq, asan olmadı. Biz özünə inamı itirmədik və topa nəzarəti əlimizə aldıq. Hücumda effektli olmağa başladıq.

Vinisius inanılmaz oyun keçirdi. Birinci oyun yaxşı keçdi, cavab matçında mübarizə aparmalı və dözməli olacağıq.

Hesab 0:2 olarkən, “Mançester Siti” ilə qarşılaşmadakı kambek barədə düşünürdüm, ümid edirdim ki, eyni şey baş verə bilər. Belə də oldu, amma daha yaxşı. Biz qol vurmağa, təhlükə yaratmağa və müdafiədə yaxşı oynamağa başladıq.

Hələ heç nə həll olunmayıb. Mən ilk matçdan razıyam. Maraqlı oyun alındı”.

Xatırladaq ki, Çempionlar Liqasının ötən mövsümündə “Real” ilk yarımfinal matçında “Mançester Siti”yə 11-ci dəqiqədə 0:2 uduza-uduza, sonda 3:4 məğlub olmuşdu. Cavab qarşılaşmasında “Real” 73-cü dəqiqədə qol buraxsa da, daha sonra 3 dəfə fərqlənərək finala çıxmışdı.

ANAR ABDULLAYEV 

Bənzər xəbərlər