featured-image-22069

PSJ-nin və Argentina millisinin futbolçusu Lionel Messi öz populyarlığından, dünyaca məşhur şəxsə çevirilməsindən danışıb.

Msport.az “Ole”yə istinadən xəbər verir ki. dünya çempionu adi sadə adam kimi yaşamağa çalışdığını deyib:

“Dünyada 1 nömrəli personaj ola-ola, necə yaşayıram? Mən həmişə “normal” olmağa çalışmışam. Adi insan kimi yaşamaq, həyatdakı xırdalıqlardan həzz almaq, öz ailənlə, uşaqlarınla vaxtı keçirmək.

Mən məşhurlaşmaq və tanınmaq üçün heç nə etməmişəm. Həmişə özüm kimi olmağa və normal yaşamağa cəhd etmişəm. Belə hesab edirəm ki, bu cür ailəm varsa, deməli, “normalam”.

Bəli, məni tanıyırlar, avtoqraf, şəkil çəkdirmək istəyə bilərlər, lakin həmişə sadə və adi adam kimi yaşamağa çalışıram”.

ANAR ABDULLAYEV 

Bənzər xəbərlər