Henderson Səudiyyə Ərəbistanı klubunun təklifini qəbul etdi
“Liverpul”un kapitanı Cordan Henderson klubunu dəyişməyə yaxındır.
Msport.az xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi Səudiyyə Ərəbistanının “Əl-İttifaq” klubunun təklifini qəbul edib. Hendersonun transferinə Premyer Liqa klubunun baş məşqçisi Yurgen Klopp da icazə verib.
Hazırda “Liverpul” və “Əl-İttifaq” arasında danışıqlar davam edir. “Mersisaydlı”lar Cordan üçün 10 milyon funt sterlinq istəyir.
Qeyd edək ki, Henderson 2011-ci ilin iyulunda “Sanderlend”dən “Liverpul”a keçib. O, “qırmızılar”ın heyətində 492 oyun keçirib, 33 qol vurub və 61 məhsuldar ötürmə verib.
Royal Türksoy







