featured-image-29289

“Reyms”in yarımmüdafiəçisi Marşall Munetsi klubla müqaviləsini uzadıb.

Msport.az xəbər verir ki, zimbabveli yarımmüdafiəçi 4 illik yeni sözləşməyə imza atıb.

27 yaşlı oyunçu kontrakta xüsusi bənd saldırıb. Belə ki, klub futbolçunun oyun zamanı meydanda qət etdiyi hər kilometr üçün onun xeyriyyə fonduna 100 avro bağışlamağı öhdəsinə götürüb.

Munetsi sosial sahədəki fəallığı ilə tanınır. Dörd ildir fəaliyyət göstərən Marshall Munetzi Fondu digər məsələlərlə yanaşı, təhsilə çıxış imkanları məhdud olan zimbabveli tələbələr maddi yardım edir.

Bənzər xəbərlər