featured-image-23871

“Atletiko”nun baş məşqçisi Dieqo Simeone İspaniya La Liqasının 23-cü turu çərçivəsində “Real”la oyunda hakimlikdən narazı qalıb.

Msport.az yerli mətbuata istinadən xəbər verir ki, argentinalı mütəxəssis 64-cü dəqiqədə Korreaya göstərilən qırmızı vərəqənin doğru olmadığını deyib.

Hesab 0:0 olarkən, hakim “Atletiko”nun futbolçusunu meydandan qovub. Bundan əvvəlki Madrid derbisində isə Stefan Saviç qırmızı alaraq “Atletiko”nu azlıqda qoymuşdu:

“Kontakt var idi, amma bu zərbə deyildi. Rüdiqerin boyu 194 sm-dir. Zərbədən sonra o, oturdu, o dəqiqədə də ayağa qalxdı. Ola bilər ki, burda sarı vərəqə verilməli idi, buna görə qırmızı göstərsələr, meydanda oyunçu qalmaz. Bəzən hakimlərin qərarları sizin xeyrinizə ola bilər, bəzən də ziyanınıza. Lakin hər dəfə biz “Bernabeu”ya gələndə qərarlar bizim əleyhimizə olur”.

ANAR ABDULLAYEV 

Bənzər xəbərlər