featured-image-46131

İngiltərənin “Mançester Siti” klubunun aparıcı futbolçuları Kevin De Bruyne və Erlinq Halandın durumu açıqlanıb.

Msport.az xəbər verir ki, “şəhərlilər”in baş məşqçisi Pep Qvardiola Premyer Liqanın XXXI turunda “Aston Villa” ilə oyunda iştirak etməyən oyunçular haqqında məlumat verib.

İspaniyalı mütəxəssis onların zədəli olmadıqlarını söyləyib: “Haland və De Bruyneyə istirahət verdik. Hər matçda bizə yeni oyunçular lazımdır. Cəmi üç gün əvvəl “Arsenal”la oyunumuz oldu. Bir az rotasiya lazım idi, çünki təqvim bunu tələb edir”.

Qeyd edək ki, oyun “Mançester Siti”nin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Bənzər xəbərlər