featured-image-28045

Almaniyanın “Herta” klubu Sandro Şvartsı baş məşqçi postundan istefaya göndərib. Msport.az xəbər verir ki, 44 mütəxəssis Bundesliqada “Şalke”yə məğlubiyyətdən (2:5) iki gün sonra işindən uzaqlaşdırılıb.

Berlin klubu 28 turdan sonra 22 xalla turnir cədvəlində sonuncu yeri tutur. Komandanı düşmə zonasından kənarda olan 15-ci yerdən 4 xal ayırır.

“Herta” baş məşqçi postuna Pal Dardaini dəvət edib. Onunla mövsümün sonuna kimi müqavilə bağlanıb. Macarıstanlı mütəxəssis buna qədər  iki dəfə bu komandaya rəhbərlik edib. Dardai 20015-2019 və 2021-ci illərdə “Herta”nın sükanı arxasında olub. O, başqa klublarda işləməyib.

ANAR 

Bənzər xəbərlər