featured-image-42241

Ekvatorial Qvineya millisinin futbolçusu Emilio Nsue Afrika Millətlər Kubokunun tarixinə düşüb.

Msport.az xəbər verir ki, qrup mərhələsinin II turunda Qvineya-Bisau yığması ilə matçda (4:2) üç qol vuran müdafiəçi turnirdə het-trik edən ən yaşlı oyunçu ünvanına sahib çıxıb.

E.Nsue het-trikini rəsmiləşdirən zaman 34 yaş 110 günlüyündə olub.

Qeyd edək ki, Ekvatorial Qvineya millisi iki turdan sonra 4 xalla qrup lideridir.

Bənzər xəbərlər