featured-image-28606

“Bayern Münhen”in müdafiəçisi Lukas Ernandesin həyat yoldaşı Ameliya Lorente futbolçunu məşhur italiyalı model Krastina Buççino ilə xəyanətdə ittiham edib. Msport.az xəbər verir ki, bu barədə Lorente sosial şəbəkədə paylaşım edib:

“Artıq sən iki tərəfli həyat yaşamağı dayandıra bilərsən. Onu sənə verirəm, Kristina Buççino. Lukas, unutma ki, sənin üzünü görmədiyin 2 uşağın var”.

Lorente və Ernandes 2017-ci ildə ailə qurublar. Ameliya 2019-cu ildə yazmışdı ki, Ernandes sadəcə onun övladlarının atasıdır, başqa heç nə.

Qeyd edək ki, Lukas Ernandes DÇ-2022-də aldığı ağır zədədən sonra hələ də bərpa keçir.

ANAR ABDULLAYEV 

Bənzər xəbərlər