featured-image-22810

“Olimpik Marsel”in ukraynalı futbolçusu Ruslan Malinovskinin həyat yoldaşı Roksana “beIN Sports” kanalının amerikalı şərhçilərini kəskin tənqid edib.

Msport.az xəbər verir ki, şərhçilər Fransa çempionatının oyunu zamanı Malinovskiyə rusiyalı oyunçu deyiblər.

Oyunun 36-cı dəqiqəsində “Klermon”un qapısına cərimə zərbəsi təyin olunur və topa Ruslan yaxınlaşır, epizodu şərh edən jurnalist bildirir ki, “zərbəni rus futbolçu vuracaq”. Malinovskinin qeyri-dəqiq zərbəsindən sonra sonra şərhçi əlavə edir ki, “top demək olar, Moskvaya kimi getdi”.

Roksana Malinovskinin sosial şəbəkədə cavabı belə olub: “Rusiyalı? Bu cür məlumatı olmayan adamlar oyun şərh etməli deyil. Biabırçılıqdır”.

ANAR ABDULLAYEV 

 

Bənzər xəbərlər